"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

K.Muradov: “Heç bir müraciət diqqətdən kənarda qalmır”

--2017-02-13 / 16:10

“şirvan bələdiyyəsində vətəndaşların qəbulu aparat rəhbəri və şöbə müdirləri ilə birlikdə keçirilir”- bu fikirləri Belediyye.infoya şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov bildirib.

Sədrin sözlərinə görə, 2016-cı ildə bələdiyyə sədri və bələdiyyənin digər rəsmiləri 239 nəfər vətəndaşı qəbul edilib.

Bələdiyyənin səlahiyyət çərçivəsində olan bütün məsələlər yerindəcə öz həllini tapıb. Bələdiyyə səlahiyyətlərindən kənar olan məsələlər isə aidiyyatı üzrə yönəldilib.

Ümumiyyətlə bələdiyyəmizə edilən müraciət və şikayətlər bələdiyyə iclasında müzakirə edildikdən sonra  həyata keçirilir. Bələdiyyə sdərinin sözlərinə gğrə, hər bir müraciət  sədrin köməkçisi tərəfindən qeyd edilir.

Xatırladaq ki, bələdiyyə sədrinin qəbul vaxtı hər həftənin cümə axşamı günü saat 16:00-da başlayır.

Belediyye.info

ŞƏRHLƏR